Para atlettika üzrə milli komandasının üzvü, paralimpiya çempionu Lamiyə Vəliyeva növbəti uğurunu qazanıb.
Bizim.Media xəbər verir ki, o, İtaliyanın Cesolo şəhərində keçirilən Qran Pridə 400 metrəyə qaçışda 56.75 s. nəticə göstərərək birinci yerə sahib çıxıb.
Lamiyə Vəliyeva bu nəticə ilə cari ilin iyul ayında Fransanın paytaxtı Paris şəhərində keçiriləcək atletika üzrə dünya çempionatına lisenziya əldə edib.
Rəşad Rafiqoğlu, Bizim.Media