Ən çox mal alıb-satdığımız ÖLKƏLƏR  

2023-cü ilin yanvar-mart aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) məlumatında bildirilib. 

Məlumata görə, hesabat dövründə 89 ölkəyə məhsul ixrac olunub, 165 ölkədən idxal olunub. 

2023-cü ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 12269,3 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 8239,4 milyon dollarını və ya 67,2 faizini ölkədən ixrac olunmuş məhsulların, 4029,9 milyon dollarını (32,8 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 4209,5 milyon dollar məbləğində müsbət saldo yaranıb. 
2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 0,1 faiz, real ifadədə 5,1 faiz, o cümlədən idxal 13,7 faiz, ixrac isə 2,4 faiz artıb. 2023-cü ilin yanvar-mart aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 23,2 faiz, real ifadədə 19,2 faiz artaraq 912,2 milyon dollar təşkil edib. 

Ölkənin ticarət dövriyyəsinin 25,3 faizi İtaliya, 13,8 faizi Türkiyə, 9,0 faizi Rusiya, 5,3 faizi Çin, 3,9 faizi Almaniya, 3,8 faizi İsrail, 3,5 faizi İspaniya, 3,2 faizi Yunanıstan, 3,1 faizi Hindistan, 2,7 faizi Rumıniya, hər biri 2,5 faiz olmaqla Çexiya və Fransa, 2,3 faizi Gürcüstan, 1,8 faizi Türkmənistan, 1,4 faizi Avstriya, hər biri 1,1 faiz olmaqla İran və Qazaxıstan, 1,0 faizi Vyetnam, 12,7 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. 

İxracın 37,0 faizini İtaliyaya, 13,7 faizini Türkiyəyə, 5,8 faizini İsrailə, 5,1 faizini İspaniyaya, 4,8 faizini Yunanıstana, 4,1 faizini Hindistana, 3,8 faizini Rumıniyaya, 3,5 faizini Çexiyaya, hər biri 3,4 faiz olmaqla Rusiya və Almaniyaya, 3,2 faizini Gürcüstana, 2,0 faizini Avstriyaya, 1,2 faizini İrlandiyaya, hər biri 1,1 faiz olmaqla Sinqapur, İndoneziya və Vyetnama, 0,9 faizini Fransaya, 0,8 faizini Portuqaliyaya, 4,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib. 

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (37,3 faiz), Rusiyaya (22,0 faiz), Gürcüstana (12,0 faiz), İsveçrəyə (3,3 faiz), Qazaxıstana (3,0 faiz), Ukraynaya (2,6 faiz), Türkmənistana (2,4 faiz), İtaliyaya (1,8 faiz), Rumıniyaya (1,3 faiz), Özbəkistana (1,2 faiz), Belçikaya (1,2 faiz), Almaniyaya (1,2 faiz), Niderlanda (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19,8 faizi Rusiya, 14,6 faizi Çin, 14,0 faizi Türkiyə, 5,5 faizi Fransa, 5,0 faizi Almaniya, 4,7 faizi Türkmənistan, 3,2 faizi İran, 2,7 faizi İtaliya, 2,6 faizi ABŞ, 2,5 faizi Qazaxıstan, hər biri 1,9 faiz olmaqla Yaponiya və Koreya, 1,8 faizi Belarus, hər biri 1,5 faiz olmaqla Birləşmiş Krallıq və Ukrayna, 1,3 faizi Hindistan, 1,1 faizi Braziliya, 1,0 faizi Polşa, 13,4 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2023-cü ilin yanvar-mart aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən şəkər ixracı 14,3 faiz, meyvə və tərəvəz konservləri -76,4 faiz, meyvə və tərəvəz şirələri – 64,3 faiz, təbii üzüm şərabları və üzüm suslosu - 2,9 dəfə, marqarin, 3 qida üçün yararlı digər qarışıqlar – 2,3 faiz, polipropilen – 80,3 faiz, polietilen - 21,1 faiz, mineral gübrələr - 17,2 faiz, emal olunmamış alüminium – 0,8 faiz, pambıq ipliyi - 14,8 faiz, qara metallardan borular - 20,0 faiz artmış, təzə meyvə ixracı isə 2,2 faiz, təzə tərəvəz - 14,5 faiz, tütün - 49,9 faiz, çay - 49,1 faiz, bitki yağları - 82,1 faiz, kartof - 4,8 faiz, pambıq lifi - 47,2 faiz, sement klinkerləri - 4,2 faiz, bentonit gili - 15,1 faiz, qara metallardan çubuqlar - 58,6 faiz, qara metallardan yarımfabrikatlar - 74,3 faiz azalıb. 

2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2023-cü ilin yanvar-mart aylarında buğda idxalı 94,8 faiz, təzə meyvə – 1,6 faiz, xam şəkər – 2,7 faiz, şokolad və şokolad məhsulları – 11,8 faiz, unlu qənnadı məmulatları – 4,9 faiz, çay – 7,0 faiz, quş əti və onun əlavə məhsulları – 25,5 faiz, mal əti – 28,4 faiz, minik avtomobilləri – 20,9 faiz, dərman vasitələri – 16,1 faiz, polad prokatı – 2,2 dəfə, qara metallardan borular – 14,8 faiz, rezin şinlər – 0,7 faiz, sintetik yuyucu vasitələr – 19,2 faiz, mebellər – 17,9 faiz, polietilen – 70,1 faiz, yük avtomobilləri – 35,2 faiz, qara metallardan çubuqlar – 8,1 faiz, mineral gübrələr – 40,9 faiz, paltaryuyan maşınlar – 18,3 faiz, qara metallardan künclüklər – 35,3 faiz, polipropilen – 15,3 faiz, məişət soyuducuları – 39,8 faiz artmış, bitki yağları idxalı isə 33,1 faiz, kərə yağı, digər süd yağları və pastaları – 9,1 faiz, kartof – 7,6 faiz, təzə tərəvəz – 6,3 faiz, siqaretlər – 40,3 faiz, hesablama maşınları, blok və qurğuları – 11,9 faiz, məişət kondisionerləri – 16,6 faiz, avtobuslar – 48,9 faiz, sement – 8,2 faiz azalıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimizin üzvləri yeniyetmə futbolçularla görüşdülər - FOTO

Millimizin üzvləri yeniyetmə futbolçularla görüşdülər - FOTO

Soyuq havanın dişlərə GİZLİ TƏSİRİ

Soyuq havanın dişlərə GİZLİ TƏSİRİ

Röya Ayxandan diqqətçəkən AÇIQLAMA: “Kaş ki, ərə getməzdim” - VİDEO

Röya Ayxandan diqqətçəkən AÇIQLAMA: “Kaş ki, ərə getməzdim” - VİDEO

Bakının daha iki rayonunda QAZ OLMAYACAQ

Bakının daha iki rayonunda QAZ OLMAYACAQ

Kenan Yıldız "Yuventus"dan GEDƏ BİLƏR

Kenan Yıldız "Yuventus"dan GEDƏ BİLƏR

Ermənistan-Azərbaycan sərhədində baş verən yanğın DAVAM EDİR

Ermənistan-Azərbaycan sərhədində baş verən yanğın DAVAM EDİR

Azərbaycan və Banqladeş arasında əməkdaşlıq məsələləri müzakirə olundu

Azərbaycan və Banqladeş arasında əməkdaşlıq məsələləri müzakirə olundu

Aysunun eks-əri ilə bağlı sual MÜBAHİSƏ YARATDI - VİDEO

Aysunun eks-əri ilə bağlı sual MÜBAHİSƏ YARATDI - VİDEO

Çempionlar Liqasında yeni REKORD

Çempionlar Liqasında yeni REKORD

Bakıdakı 298 nömrəli məktəbdə şagirdlərdən pul yığıldığı iddia olunur - VİDEO

Bakıdakı 298 nömrəli məktəbdə şagirdlərdən pul yığıldığı iddia olunur - VİDEO

Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

8 Noyabr prospektində zəncirvari qəza oldu - VİDEO

8 Noyabr prospektində zəncirvari qəza oldu - VİDEO

Ukraynada xanım nazir İSTEFA VERDİ

Ukraynada xanım nazir İSTEFA VERDİ

Bu ölkədə 14 yaşdan kiçik uşaqlar İnstaqram və TikTok aça bilməyəcək

Bu ölkədə 14 yaşdan kiçik uşaqlar İnstaqram və TikTok aça bilməyəcək

Emma mədəkiçiltmə etdirməsi haqda suallara SON QOYDU

Emma mədəkiçiltmə etdirməsi haqda suallara SON QOYDU

“Sabah”da amerikalı basketbolçu

“Sabah”da amerikalı basketbolçu

Rəqsanənin qızı gözəllik salonunda İŞLƏYİRMİŞ - VİDEO

Rəqsanənin qızı gözəllik salonunda İŞLƏYİRMİŞ - VİDEO

Qəzaya uğrayan təyyarənin “qara qutusu” Türkiyəyə ÇATDIRILDI

Qəzaya uğrayan təyyarənin “qara qutusu” Türkiyəyə ÇATDIRILDI

Ağrıkəsicilərdən çox istifadə edənlərin DİQQƏTİNƏ: Xroniki xəstəliyə səbəb ola bilər

Ağrıkəsicilərdən çox istifadə edənlərin DİQQƏTİNƏ: Xroniki xəstəliyə səbəb ola bilər

Hüseyn Cavidin məqbərəsi BƏRPA OLUNACAQ

Hüseyn Cavidin məqbərəsi BƏRPA OLUNACAQ

Azərbaycanda 3 rayonda icra başçısı vəzifəsi BOŞDUR

Azərbaycanda 3 rayonda icra başçısı vəzifəsi BOŞDUR

İslandiya millisinin baş məşqçisi: “Bu matç bizim üçün çox vacibdir”

İslandiya millisinin baş məşqçisi: “Bu matç bizim üçün çox vacibdir”

"Qara Qarayev” metrosunda İZDİHAM YAŞANIB - VİDEO

"Qara Qarayev” metrosunda İZDİHAM YAŞANIB - VİDEO

“Eşref Rüya” yayımdan QALDIRILDI

“Eşref Rüya” yayımdan QALDIRILDI

End of content

No more pages to load

RADİO