ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan liderlərini silahlı qüvvələrinin sərhəddən çıxarılmasına razılıq verməyə çağırır.
Bizim.Media “Sputnik Armeni”ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə deyib.
"Azərbaycan-Ermənistan sərhədində olan gərginlik iki ölkənin davamlı və ləyaqətli sülhə doğru əldə etdiyi tərəqqiyə xələl gətirir. Biz hər iki ölkənin liderlərini mayın 14-də Brüsseldə baş tutacaq görüş zamanı sərhəd boyu silahlı qüvvələri geri çəkməyə çağırırıq”, - deyə Patel bildirib.
Bizim.Media