“Kosmik fəaliyyət haqqında” yeni qanun layihəsi plenar iclasa tövsiyə olunub

Mayın 11-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, iclası açan komitənin sədri Tahir Mirkişili gündəliyə bir məsələ - “Kosmik fəaliyyət haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsinin daxil edildiyini bildirib. 

Kosmonavtikanın tarixindən söz açan komitə sədri müasir dünyada kosmik tədqiqatların və fəaliyyətin dövlətlərin iqtisadi inkişafında mühüm rol oynamasından bəhs edib.

Kosmik fəaliyyətin iqtisadi fəaliyyətin prioritet sahələrindən birinə çevrildiyini diqqətə çatdıran komitə sədri kosmik tədqiqatların və texnologiyaların bəşəriyyətin bir sıra problemlərinin həllində, ətraf mühitin öyrənilməsində, xammal və enerji ehtiyatlarının axtarışında, informasiya texnologiyalarının təkmilləşdirilməsində, milli təhlükəsizliyin təminatında getdikcə artan rolundan danışıb. 

Azərbaycanda kosmik fəaliyyətin tarixinə nəzər salan Tahir Mirkişili ölkəmizdə onun əsasının hələ 1970-ci illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb. Ulu Öndərin Azərbaycana ilk dəfə rəhbərliyi dövründə kosmik fəaliyyətin iqtisadiyyata inteqrasiya olunması mərhələsinin başladığını deyən komitə sədri bu istiqamətdə beynəlxalq tədbirlərin keçirilməsindən, alim və mütəxəssislərin yetişdirilməsindən, texnologiyaların tətbiqi və elmi-kosmik cihazqayırma sahəsində əldə edilmiş nailiyyətlərdən danışıb. 

Prezident İlham Əliyevin 2009-cu ildə "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" qəbul etməsi ilə ölkəmizdə kosmik texnologiyaların mənimsənilməsi tarixində yeni səhifənin açıldığını diqqətə çatdıran komitə sədri 2013-cü ildən öz süni peyklərini Yerin orbitinə çıxaran ölkəmizin kosmik texnologiyalardan istifadədə əldə etdiyi nailiyyətlərdən söz açıb. O vurğulayıb ki, sürətli iqtisadi inkişafı, milli təhlükəsizliyi, ümumiyyətlə, müasir həyatı kosmik fəaliyyətsiz təsəvvür etmək mümkün deyil. 

Sonra məsələ ilə bağlı çıxış edən Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov ölkəmizdə müasir kosmik sənayenin tarixi, yaradılan infrastruktur, onun komponentləri barədə məlumat verib. Azərbaycanın orbitdəki peykləri, onların göstərdikləri xidmətlər barədə danışan “Azərkosmos”un sədri kosmik fəaliyyətin kommersiya rentabelliyindən bəhs edib.
Bildirib ki, peyklər Azərbaycan iqtisadiyyatının inkişafına, müdafiə və milli təhlükəsizliyin artırılmasına, işğaldan azad edilmiş ərazilərin monitorinqi, bərpası və digər genişmiqyaslı layihələrin həyata keçirilməsinə mühüm töhfələr verir. “Kosmik fəaliyyət haqqında” qanun layihəsinin qəbulu ilə milli kosmik qanunvericiliyin formalaşacağını deyən Saməddin Əsədov layihənin məqsədi, kosmik fəaliyyətin prinsipləri barədə məlumat verib. 

Sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri Elmin Məmmədov qanun layihəsinin əsas parametrləri barədə məlumat verib. Bildirib ki, 6 fəsil 24 maddədən ibarət olan qanun layihəsi Azərbaycan Respublikasında kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik fəzada milli fəaliyyətin həyata keçirilməsi və kosmik sənayedə sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətləri tənzimləyir. O, layihədə təsbit olunan kosmik fəaliyyətin dövlət tənzimlənməsi, kosmik obyektlərin dövlət qeydiyyatı, kosmik fəaliyyətin iqtisadi xüsusiyyətləri, təhlükəsizliyinin təmin edilməsi kimi məsələləri şərh edib. 

Qanun layihəsinin müzakirəsində komitə üzvləri Vahid Əhmədov, Aydın Hüseynov, Məzahir Əfəndiyev çıxış edərək sənədlə bağlı fikirlərini bildiriblər, onun aktuallığını və əhəmiyyətini vurğulayıblar. 

Müzakirələrin sonunda “Kosmik fəaliyyət haqqında” qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

İran 23 gündür internetsiz qalıb

İran 23 gündür internetsiz qalıb

Mingəçevir Dram Teatrının sabiq direktoru dünyasını dəyişdi - ÖZƏL

Mingəçevir Dram Teatrının sabiq direktoru dünyasını dəyişdi - ÖZƏL

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA

“İllər keçir, amma bəzi yaralar sağalmır” - FOTO

“İllər keçir, amma bəzi yaralar sağalmır” - FOTO

Sumqayıtda tonqalda xəsarət alanların SON VƏZİYYƏTİ

Sumqayıtda tonqalda xəsarət alanların SON VƏZİYYƏTİ

İran İsrailin Ben-Qurion aeroportuna dronlarla hücum etdi

İran İsrailin Ben-Qurion aeroportuna dronlarla hücum etdi

Millimiz Almaniyada 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı

Millimiz Almaniyada 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı

Kürdəmirdə avtomobil yandı - VİDEO

Kürdəmirdə avtomobil yandı - VİDEO

Sabahın HAVASI: Bəzi yerlərdə yağış yağacaq

Sabahın HAVASI: Bəzi yerlərdə yağış yağacaq

Səidə Bəkirqızıdan iranlı aparıcıya: ”Ermənilərdən qabaq siz bizim qəbirləri eşirdiniz” - VİDEO

Səidə Bəkirqızıdan iranlı aparıcıya: ”Ermənilərdən qabaq siz bizim qəbirləri eşirdiniz” - VİDEO

Ən etibarsız avtomobillər - SİYAHI

Ən etibarsız avtomobillər - SİYAHI

Şəmkirdə evdə yanğın - VİDEO

Şəmkirdə evdə yanğın - VİDEO

Lənkəranda köçəri quşlar kütləvi tələf oldu - FOTO

Lənkəranda köçəri quşlar kütləvi tələf oldu - FOTO

End of content

No more pages to load

RADİO