Rusiyanın Ermənistana mesajı - “Qarabağ münaqişəsi bitib”

Martın 1-də Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko RİA Novosti telekanalına verdiyi müsahibəsində son günlərdə əsas müzakirə mövzusularından biri olan üçtərəfli bəyanata toxunub.

Sədr Ermənistanda baş verən hadisələrin fonunda Ermənistanda hansı dəyişikliklərin olmasına baxmayaraq Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanata əməl ediləcəyinə ümid etdiyini bildirib.

Matviyenkonun müsahibəsində toxunduğu məqamlar Cənubi Qafqazda son aylarda meydana gələn bəzi şübhəli məqamlara aydınlıq gətirib.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan “Ölümsüz Kaşşey” rolunda – Meydan tamaşaları onun ömrünü uzadır


Ermənistanda baş nazir Nikol Paşinyana qarşı çıxış edən müxalifətin əsas ittihamı Ermənistanın məğlubiyyətini təsdiq edən üçtərəfli bəyanatın imzalanmasıdır.

Bəzi maraq qrupları məqsədli şəkildə bəyanatın öhdəliklərinin yerinə yetirilməsini sırf Paşinyanla əlaqələndirməyə çalışır.

Sanki, Paşinyan olmasa bəyanat da yaddan çıxacaq və Ermənistanın bəyanatdan irəli gələn öhdəlikləri icra etməkdən boyun qaçıra biləcək.

Matviyenkonun çıxışı isə bu kiçik anlaşmazlıq barəsində Rusiyanın rəsmi mövqeyi kimi qiymətləndirilə bilər.

İlk öncə ona görə ki, üçtərəfli bəyanat birbaşa Rusiyanın vasitəçiliyi ilə imzalanıb və Cənubi Qafqazda sülhün təmin olunmasında Rusiyanın istəkli olduğunu göstərən əsas amildir.

Əgər bu bəyanata əməl olunmayacaqsa, ya da tərəflərdən biri bəyanatın şərtlərini yerinə yetirməkdən imtina edəcəksə, bu təkcə beynəlxalq hüquqi prinsiplərin pozulması yox, həm də Rusiyanın gücünün, nüfuzunun və imzasının ciddiyə alınmadığı demək olacaq.

Əgər Rusiya rəsmiləri bəyanata əməl olunması ilə bağlı Federasiya Şurasının sədri miqyasında xəbərdarlıq etmək məcburiyyəti hiss ediblərsə, deməli bunu gərəkdirəcək hansısa meyllər artıq mövcuddur.

Azərbaycan əvvəldən etibarən müharibənin qalibi kimi bəyanatın şərtlərini diqtə edən tərəfdir. Bu şərtlər məhz Azərbaycanın mövqeyini ifadə edir.

Bu baxımdan Azərbaycanın nə vaxtsa, özünün qalibiyyətini təsdiq edən və düşmənin kapitulyasiyasını elan edən bəyanata qarşı çıxacağını düşünmək ağlabatan deyil. Geriyə isə yalnız bir tərəf qalır. Müharibənin mütləq məğlubu olan Ermənistan.

Məğlubiyyətin ləkəsini üstündən atmaq istəyən Ermənistandakı bəzi qüvvələr hakimiyyətə gəldikləri təqdirdə bəyanatdan təktərəfli şəkildə imtina edə biləcəklərinə inanır.

Qarabağda Rus sülhməramlılarının yerləşdirilməsini fürsət hesab edən Ermənistan müxalifəti bəyanatdan çıxmaq üçün ən ideal zamanın məhz an olduğunu düşünür.

Çünki Rus ordusu bu halda Qarabağın təhlükəsizliyinə cavabdeh olacaq və Azərbaycan tərəfi də risk edərək Rusiyanı qarşısına almaqdan çəkinəcək.

Qarabağdakı mövqelərini itirməklə bağlı təhlükə olmadığı üçün də Ermənistan digər əraziləri yenidən işğal etmək üçün Azərbaycanla üçüncü müharibəyə başlaya biləcək.

Mövcud situasiyada Ermənistandakı radikal qüvvələrin reallığı dərk etməklə bağlı ciddi problemlər yaşadığı ortadadır.

Məhz bu problemlərə görə Rusiya tərəfi uyğun bir dillə Ermənistan rəhbərliyini və müxalifətdəki qüvvələri gələcəkdə baş verəcəklər barəsində xəbərdar etməyə çalışır.

Xüsusilə Paşinyanın ordu ilə ciddi konflikt yaşadığı və istefasının gündəmə gəldiyi bir dövrdə verilən bu cür açıqlama Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq reallığın heç vaxt dəyişməyəcəyinin anonsudur.

Bu anons ara-sıra müharibədəki səhvləri xatırladaraq hər şeyin fərqli ola biləcəyini səsləndirən Koçaryan-Sarkisyan cütlüyünə, həm də ordunu modernləşdirmək və yenidən silahlanmaq təklifi verən Vazgen Manukyana verilən mesajdır.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Günün ikinci yarısından duman çəkiləcək

Günün ikinci yarısından duman çəkiləcək

Valyuta məzənnələri: Avro və rus rublu ucuzlaşdı

Valyuta məzənnələri: Avro və rus rublu ucuzlaşdı

Metrodakı interval bu səbəbdən yaranıb - Rəsmi AÇIQLAMA

Metrodakı interval bu səbəbdən yaranıb - Rəsmi AÇIQLAMA

Ramazana görə məhbusları əfv etdilər

Ramazana görə məhbusları əfv etdilər

Adi bir daş kimi görünür, sahildə tapan varlanır - FOTO

Adi bir daş kimi görünür, sahildə tapan varlanır - FOTO

Foreign Policy: “İran təhlükəli səhv edir”

Foreign Policy: “İran təhlükəli səhv edir”

Piyadalar üçün təhlükə, sürücülər üçün RİSK – Yasamalda illərdir həllini tapmayan səki dramı – VİDEO

Piyadalar üçün təhlükə, sürücülər üçün RİSK – Yasamalda illərdir həllini tapmayan səki dramı – VİDEO

Hal-hazırda BAKI – Göz-gözü görmür – FOTO/VİDEO

Hal-hazırda BAKI – Göz-gözü görmür – FOTO/VİDEO

Səhər yeməyi: azərbaycanlılar doğru edirmiş

Səhər yeməyi: azərbaycanlılar doğru edirmiş

Elvin Cəfərquliyev Azərbaycan futbolunun tarixinə düşdü

Elvin Cəfərquliyev Azərbaycan futbolunun tarixinə düşdü

Yeni dövlət qurumu yaradıldı

Yeni dövlət qurumu yaradıldı

Alimlər ölüm riskini 23% azaltmağın yolunu tapdılar

Alimlər ölüm riskini 23% azaltmağın yolunu tapdılar

Səhər saatlarında Bakı metrosunda GECİKMƏ – FOTO

Səhər saatlarında Bakı metrosunda GECİKMƏ – FOTO

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

Çempionlar Liqasında pley-off mərhələsi: İlk görüşlər yekunlaşdı – VİDEO

Çempionlar Liqasında pley-off mərhələsi: İlk görüşlər yekunlaşdı – VİDEO

Ucarda məktəb yandı - FOTO

Ucarda məktəb yandı - FOTO

Leyla Əliyeva Albaniya Prezidenti ilə görüşdü – FOTO

Leyla Əliyeva Albaniya Prezidenti ilə görüşdü – FOTO

BİZİM TƏQVİM:19 fevralda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:19 fevralda baş vermiş tarixi hadisələr

“Fənərbağça” Asensio ilə bağlı QƏRAR VERDİ

“Fənərbağça” Asensio ilə bağlı QƏRAR VERDİ

“Bunu deyən valideynlər yalan danışır"

“Bunu deyən valideynlər yalan danışır"

Azərbaycan və Ukrayna arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq müzakirə edilib - FOTO

Azərbaycan və Ukrayna arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq müzakirə edilib - FOTO

Baş məşqçi əvəz etmək istədi, kapitan razı olmadı - VİDEO

Baş məşqçi əvəz etmək istədi, kapitan razı olmadı - VİDEO

Orucun faydaları nələrdir? - Oruc bədənə necə təsir edir?

Orucun faydaları nələrdir? - Oruc bədənə necə təsir edir?

Xalq artistlərinin birgə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artistlərinin birgə rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

End of content

No more pages to load

RADİO