"Real" yarımmüdafiə xəttinə yeni futbolçu gətirmək istəyir.
Bizim.Media "Sport Bild"ə istinadən xəbər verir ki, Madrid təmsilçisinin əsas hədəfi "Bavariya" futbolçusu Jozua Kimmixdir.
İspaniya klubu 28 yaşlı futbolçunu 2024-cü ilin yayında heyətinə cəlb etməyi planlaşdırır. Artıq onunla danışıqlar aparıldığı bildirilib.
Qeyd edək ki, "Bavariya" Yozua Kimmixi 2015-ci ilin yayında "Ştutqart"dan transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində 44 rəsmi matçda 6 qol vurub, 11 məhsuldar ötürmə edib.
Bizim.Media