Son günlər mətbuatda, sosial şəbəkələrdə Beyləqanda açılışı olan sanitar qovşaqla bağlı müzakirələr gedir. Bu mövzu ölkədə əsl gündəm yaradıb. Sosial şəbəkə istifadəçiləri belə bir qovşağa 90 min manat xərclənməsini və rayonun icra başçısı Vaqif Abdullayevin açılışda iştirakını absurd hesab edirlər.
SözügedÉ™n sanitar qovÅŸağı Yaponiya hökumÉ™tinin “Ot köklÉ™ri vÉ™ insan tÉ™hlükÉ™sizliyi qrant yardımıâ€x9d adlı layihÉ™ É™sasında É™rsÉ™yÉ™ gÉ™lib. MÉ™sÉ™lÉ™ ilÉ™ baÄŸlı Yaponiya sÉ™firliyi ilÉ™ É™laqÉ™ saxladıq.
Moderator.az-ın sorğusuna cavab olaraq səfirlik sanitar qovşaq və onun ətrafında yaranan fikirlərə münasibət bildirib. Səfirliyin açıqlamasını olduğu kimi təqdim edirik:
“1- Yaponiya Səfirliyi uşaqların təhsil mühitinin yaxşılaşdırılmasını vacib hesab edərək, bunların arasında məktəbdaxili sanitar təchizatının yaxşılaşdırmaq məqsədi ilə sağlamlıq, səhiyyə cəhətdən təkmilləşdirmə də daxil olmaqla şagirdlərin təhsilə həvəsi artıracaq psixoloji və təhsil nöqteyi-nəzərindən yaxşı təsir edəcəyini düşünərək, bu növ layihələri UNİCEF-lə əməkdaşlıq edərək həyata keçirir.
2 - Bu məsələ ilə bağlı, təkcə sanitar qovşağı üçün nəzərdə tutulan avadanlıq deyil, su və kanalizasiya sisteminin qurulması və s. işlər eyni zamanda həyata keçirilir və bir neçə şirkətdən smeta təkliflərini almaqla həmin ərazi üçün materilların satın-alınması aparılır. Bundan əlavə, həmin ərazidən işçi qüvvəsi istifadə edilir və bunun ərzidə iş yerlərinin təşkil olunmasına da töhfə verdiyini düşünürük. Eləcə də, indiyə qədər 5 eyni tipli layihə həyata keçirmişik və bütün layihələrin büdcəsi eynidir. Layihələrin həyata keçirilməsi müddəti təxminən 8 aydır.
3 - Yaponiya SÉ™firliyi olaraq bununla baÄŸlı müzakirÉ™lÉ™rin olduÄŸunu qÉ™bul edir vÉ™ konstruktiv müzakirÉ™lÉ™ri ürÉ™kdÉ™n alqışlayırıq. Bundan sonra da müxtÉ™lif düşüncÉ™lÉ™rÉ™ É™saslanaraq AzÉ™rbaycan sosial sahÉ™ mühitinin yaxşılaÅŸdırılmasına istiqamÉ™tlÉ™nib, ÅŸÉ™ffaflığı qoruyaraq, AzÉ™rbaycanı dÉ™stÉ™klÉ™mÉ™yi davam etdirmÉ™k niyyÉ™tindÉ™yikâ€x9d.
