"Rusiya Ukraynada yavaş hərəkət edir, çünki apardığı döyüşlər “xüsusi əməliyyat”dır, müharibə hesab edilmir".
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov səsləndirib.
“Müharibənin aparılması tamam başqa məsələdir, infrastrukturun tamamilə məhv edilməsidir, şəhərlərin tamamilə dağıdılmasıdır. Biz bunu etmirik" deyə o qeyd edib.
Peskov, eyni zamanda “xüsusi əməliyyatı”n çox çətin keçdiyini etiraf edib.
Bizim.Media