"Neftçi"nin kapitanı Emin Mahmudov komandadan ayrıla bilər.
Bizim.Media xəbər verir ki, "ağ-qaralar"ın aparıcı üzvü rəhbərliyə bu haqda xəbər göndərib.
Yarımmüdafiəçiyə bir çox ölkələrdən təkliflər gəlib ki, onlardan da ən realı Səudiyyə Ərəbistanındandır. Emin Mahmudov “Neftçi”də qalmaq üçün maaşının artırılmasını istəyir. İstədiyi məbləğ verilməsə, komandadan ayrılacaq.
Qeyd edək ki, “Saturn” yetirməsi olan 31 yaşlı futbolçu “Spartak”, “Tom”, “Krılya Sovetov”, “Mordoviya” və “Boavişta”da oynadıqdan sonra 2017-ci ildə “Neftçi”yə keçmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media