Aparıcı Lalə Azərtaş qızı Gülarə ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, övladının 17 yaşına qədəm qoyduğunu yazan televiziya ulduzu onun fotosunu sosial şəbəkə hesabında yayımlayaraq, doğum gününü təbrik edib.
“Yaradanımın ən şirin payı Gülarəm. Elə yaradan bəxtinə ən böyük xoşbəxtlikləri yazsın, gül üzlüm. Muradına çat... Sən nə zaman böyüdün?! Nə vaxt boyun boyumu ötdü?! Başım işə qarışmışkən 17-ni haqladın?!
Səninlə ikinci önəmli mərhələni bitirmək üzrəyik, əl-ələ üçüncü mərhələyə gedirik. Bilirəm bacaracağıq. Yetər ki, Allahım səni və bütün balaları pənahında saxlasın, qalanı boşdur... Sənə inanır, güvənirəm. Anan son nəfəsinə qədər yanındadır, qızım”.
Qeyd edək ki, L.Azərtaşın Solmaz adlı daha bir qız övladı var.
Rəşad Əliyev, Bizim.Media