Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında 4 günlük danışıqlar başa çatıb.
Bizim.Media xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünün yekununa həsr olunmuş mətbuat konfransında ilk açıqlamanı verib.
O bildirib ki, Bakı və İrəvan sülh müqaviləsi istiqamətində əhəmiyyətli irəliləyiş əldə ediblər:
“Son bir neçə gün ərzində hər iki tərəf bir sıra çox mürəkkəb məsələni müzakirə edib və davamlı sülh sazişinin əldə edilməsi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edib”.
Bizim.Media