Futbol üzrə milli komandamızın üzvü Renat Dadaşov daha bir Türkiyə klubunun maraq dairəsinə düşüb.
Bizim.Media xəbər verir ki, Superliqa təmsilçisi “Trabzonspor” 23 yaşlı forvardı heyətinə qatmaq istəyir.
Qara dəniz təmsilçisinin nümayəndələri hazırda Dadaşovun çıxışını diqqətlə izləyirlər.
Qeyd edək ki, bir müddət əvvəl Superliqada mübarizə aparan “Antalyaspor”un da Renat Dadaşovu transfer etmək istəməsi ilə bağlı xəbərlər yayılmışdı. Millimizin üzvü hazırda İsveçrənin “Qrasshopper” klubunun şərəfini qoruyur.
Rəşad Rafiqoğlu, Bizim.Media