Paralimpiyaçılarımız Almaniyada daha iki medal qazanıb.
Bizim.Media xəbər verir ki, güllə atıcılığı milli komandasının üzvü Kamran Zeynalov odlu silahdan (tapança) 50 metrəyə atışın fərdi yarışında gümüş medala sahib çıxıb.
Komanda yarışında iştirak edən millimiz (Kamran Zeynalov, Yelena Taranova və Aybəniz Babayeva) isə Hannoverdə keçirilən Beynəlxalq turnirdə odlu silahdan (tapança) 50 metrəyə atışda bürünc medal qazanıblar.
Qeyd edək ki, turnir 17-29 sentyabr 2023-cü il tarixlərində Perunun paytaxtı Lima şəhərində keçiriləcək Dünya Çempionatında iştirak üçün lisenziya qazandırır. Yarışlar davam edir.
Rəşad Rafiqoğlu, Bizim.Media