PSJ Lionel Messini cəzalandırıb.
Bizim.Media xəbər verir ki, futbolçu icazə almadan Səudiyyə Ərəbistanına getdiyi üçün iki həftə müddətinə komandadan ayrı çalışacaq və həmin vaxtın maaşı ödənilməyəcək.
Leonun Liqa 1-dəki son turun oyununda məğlubiyyətdən sonra səyahətə çıxması klub rəhbərliyini qəzəbləndirib. Argentinalı həm də bu addımı özbaşına atıb, klubla razılaşdırmayıb.
Xatırladaq ki, Messi Səudiyyə Ərəbistanına gedib. O, Asiya ölkəsinə reklam çəkilişi üçün yollanıb.
Rəşad Rafiqoğlu, Bizim.Media