Avropa Komissiyası (AK) Ukraynadan taxılın Şərqi Avropanın beş ölkəsinə ixracına qadağa qoyub.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında məlumat verilib.
Məlumata görə, bu kənd təsərrüfatı məhsulunun Aİ-nin digər ölkələrinə tranzitinə və ixracına isə icazə verilib.
Bu tədbirlər mayın 2-dən iyunun 5-dək qüvvədə olacaq. Bu müddət ərzində Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyadan başqa bütün Aİ ölkələrində Ukraynadan gələn buğda, qarğıdalı, günəbaxan və kolza sərbəst satıla bilər.
Bizim.Media