Naxçıvan İqtisadiyyat Nazirliyinin strukturu GENİŞLƏNDİRİLDİ - FƏRMAN 

Naxçıvanda bir sıra xidmətlər Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin strukturunun genişləndirilməsi haqqında Fərman imzalayıb. 

Bizim.Media xəbər verir ki, Fərmanda deyilir: 

"Muxtar respublikada dövlət idarəetmə strukturunun təkmilləşdirilməsi və iqtisadi artım üçün əlverişli şəraitin yaradılmasına cavabdeh olan dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təmin edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının  5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: 

1. Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilsin. 

2. Müəyyən olunsun ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının və onların tabeliyində olan qurumların strukturu, işçilərinin say həddi, hüquqi vəziyyəti, vəzifə maaşları, əməyin ödənilməsi sistemi və xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri ilkin mərhələdə dəyişməz olaraq qalır. 

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində: 

3.1. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və  strukturuna daxil olan dövlət orqanlarının əsasnaməsi, strukturu və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin; 

3.2. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin; 

3.3. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin; 

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 

4. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının yeni əsasnamələri təsdiq edilənədək onlar öz fəaliyyətlərini mövcud əsasnamələri əsasında davam etdirsinlər". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Beş bürc üçün yaşıl işıq: Bu gündən etibarən...

Beş bürc üçün yaşıl işıq: Bu gündən etibarən...

Bakı Olimpiya Stadionunun yanında qəza oldu, yolda sıxlıq yarandı - FOTO

Bakı Olimpiya Stadionunun yanında qəza oldu, yolda sıxlıq yarandı - FOTO

Xızıda dəhşətli qəza oldu, ölən var - VİDEO/ÖZƏL

Xızıda dəhşətli qəza oldu, ölən var - VİDEO/ÖZƏL

Palçıq vulkanları hansı tarixdə püskürə bilər? – Dünyanın “qaynayan” sanatoriyası - İNFOQRAFİKA

Palçıq vulkanları hansı tarixdə püskürə bilər? – Dünyanın “qaynayan” sanatoriyası - İNFOQRAFİKA

Ceyhun Bayramov ruminiyalı həmkarı ilə Ermənistanla sülh prosesini MÜZAKİRƏ ETDİ - FOTO

Ceyhun Bayramov ruminiyalı həmkarı ilə Ermənistanla sülh prosesini MÜZAKİRƏ ETDİ - FOTO

Buskets karyerasını BİTİRİR

Buskets karyerasını BİTİRİR

Ceyhun Bayramov Kaya Kallasla Azərbaycan-Aİ əlaqələrini MÜZAKİRƏ ETDİ - FOTO

Ceyhun Bayramov Kaya Kallasla Azərbaycan-Aİ əlaqələrini MÜZAKİRƏ ETDİ - FOTO

Polyanski: “Avropa təhlükəsizliklə bağlı ciddi danışıqlar istəyirsə, Moskva hazırdır” - VİDEO

Polyanski: “Avropa təhlükəsizliklə bağlı ciddi danışıqlar istəyirsə, Moskva hazırdır” - VİDEO

“Təhlükəsizlik orqanlarının rolu təkcə fiziki müdaxilə ilə məhdudlaşmır” - Əli Nağıyev

“Təhlükəsizlik orqanlarının rolu təkcə fiziki müdaxilə ilə məhdudlaşmır” - Əli Nağıyev

Qızından Rafael İsgəndərovla bağlı paylaşım - FOTO

Qızından Rafael İsgəndərovla bağlı paylaşım - FOTO

Ərdoğan dünya ictimaiyyətinə ÇAĞIRIŞ ETDİ: “Fələstin dövlətini tanıyın!”

Ərdoğan dünya ictimaiyyətinə ÇAĞIRIŞ ETDİ: “Fələstin dövlətini tanıyın!”

Gəncədə 35 yaşlı kişi xəstəxanalıq oldu

Gəncədə 35 yaşlı kişi xəstəxanalıq oldu

Nazir: “Azərbaycan regiona 144 milyard dollar xarici sərmayə cəlb edərək sülh və sabitliyə mühüm töhfə verib”

Nazir: “Azərbaycan regiona 144 milyard dollar xarici sərmayə cəlb edərək sülh və sabitliyə mühüm töhfə verib”

“Almaniya yəhudilər üçün təhlükəsiz sığınacaq olaraq qalmalıdır” – Kansler

“Almaniya yəhudilər üçün təhlükəsiz sığınacaq olaraq qalmalıdır” – Kansler

III MDB Oyunlarında futbol yarışının PÜŞKÜ ATILDI

III MDB Oyunlarında futbol yarışının PÜŞKÜ ATILDI

Bakının bəzi yollarında TIXAC VAR

Bakının bəzi yollarında TIXAC VAR

“Yararsız hərbi biletə görə 22 min manat verdim” - Hərbi komissarın MƏHKƏMƏSİ

“Yararsız hərbi biletə görə 22 min manat verdim” - Hərbi komissarın MƏHKƏMƏSİ

III Bakı Təhlükəsizlik Forumu KEÇİRİLDİ - FOTO/VİDEO

III Bakı Təhlükəsizlik Forumu KEÇİRİLDİ - FOTO/VİDEO

3100 manata görə qazinin anasını məhkəməyə verən “Bank of Baku”dan növbəti BİABIRÇILIQ

3100 manata görə qazinin anasını məhkəməyə verən “Bank of Baku”dan növbəti BİABIRÇILIQ

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri MÜƏYYƏNLƏŞDİ

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri MÜƏYYƏNLƏŞDİ

Çində yeni virus YAYILIR

Çində yeni virus YAYILIR

Türkiyədə güclü partlayış: Ölən və yaralılar var - VİDEO

Türkiyədə güclü partlayış: Ölən və yaralılar var - VİDEO

SON DƏQİQƏ! Həyəcan siqnalı ilə bağlı Bakı aeroportundan AÇIQLAMA

SON DƏQİQƏ! Həyəcan siqnalı ilə bağlı Bakı aeroportundan AÇIQLAMA

Bakıda sərnişin avtobusunda qorxulu anlar - Hərəkətdə olan zaman TƏKƏRİ PARTLADI – VİDEO

Bakıda sərnişin avtobusunda qorxulu anlar - Hərəkətdə olan zaman TƏKƏRİ PARTLADI – VİDEO

End of content

No more pages to load

RADİO