BMT Baş katibinin ofisi Rusiya, Türkiyə və Ukrayna nümayəndələrinin mayın 3-də beynəlxalq təşkilatın bayrağı altında taxıl sazişi müddətinin uzadılması ilə bağlı görüş barədə məlumatı təsdiqləməyib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə baş katibin mətbuat katibinin müavini Fərhan Hak məlumat verib.
“Sabah üçün planlaşdırılan heç bir görüşdən xəbərim yoxdur”, - deyə Hak qeyd edib.
Bizim.Media