Futbol üzrə gənclərdən ibarət milli komandamızın keçmiş üzvü Budaq Nəsirov karyerasını bərpa etmək qərarına gəlib.
Bizim Media xəbər verir ki, 26 yaşlı futbolçu hazırda “Turan Tovuz”un əzəvedici komandasının heyətində fərdi məşq edir. Əgər lazımı formasını bərpa etsə, onun qərb təmsilçisinin əsas heyətinə cəlb olunmaq imkanı da var.
Qeyd edək ki, ölkəmizdə “Turan”, “Araz Naxçıvan”, “Sumqayıt”, “Kəpəz” və “Zirə”nin şərəfini qoruyan Budaq Nəsirovun sonuncu klubu Portuqaliyanın “Sportinq” klubu olub. O, komandanın ikinci heyətinə çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media