"Roma"nın baş məşqçisi Joze Mourinyo klubda qalmaq istəyir.
Bizim.Media xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.
Məlumata görə, portuqaliyalı mütəxəssisə "Çelsi"dən təklif gəlib. Lakin o, bu komandanı çalışdırmaqdan imtina edib.
Mourinyo London klubunun nümayəndələrinə Roma təmsilçisində qalmaq istədiyini bildirib.
Qeyd olunur ki, Joze "Roma"nın sahibləri ilə klubdakı gələcəyini müzakirə etmək istəyir. O, 2004-2007-ci illərdə və həmçinin 2013-2015-ci illərdə "Çelsi"ni çalışdırıb və 3 dəfə İngiltərə Premyer Liqasının qalibi olub.
Bizim.Media