Rusiyada anonim şəxs ölkənin kripto valyutalarını oğurlayaraq Ukraynaya məxsus hesablara köçürüb.
Bizim.Media CoinDesk-a istinadən xəbər verir ki, haker, bununla Ukraynanın hərbi və digər xərcləri üçün maliyyə yatırımı edib.
Belə ki, o, Rusiya Federal Təhlükəsizlik Xidməti,
Baş Kəşfiyyat İdarəsi, Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinə məxsus minə yaxın kripto valyuta hesablarını aşkar edərək, hesablara giriş üçün lazım olan təhlükəsizlik şifrəsini sındırmağa müvəffəq olub.
Daha sonra adı hələlik məlum olmayan haker oğurladığı koinləri Ukrayna Silahlı Qüvvələrinə məxsus hesablara köçürüb.
Bizim.Media
