Azərbaycanın bədii gimnastları Şəms Ağahüseynova və Nuray Əhmədzadə Portuqaliyanın Portimao şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar.
Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, cütlük gənclər arasında komanda hesabında fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.
Qeyd edək ki, beynəlxalq turnirə mayın 3-də yekun vurulacaq.
Bizim.Media