Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı erməni mətbuatı yayıb.
Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da Blinkenin dəvətilə ABŞ-a gedib. Onun həm erməni həmkarı Mirzoyanla, həm də dövlət katibi Blinkenlə görüşü gözlənilir.
Bizim.Media