Misli Premyer Liqasında 32-ci turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, bu gün daha iki görüş baş tutacaq.
Əvvəlcə “Qəbələ” doğma meydanda “Səbail”lə üz-üzə gələcək. Günün digər matçı “Zirə” ilə “Turan Tovuz” arasında baş tutacaq. Xatırladaq ki, ilk oyun günündə “Kəpəz” “Sumqayıt”a, “Şamaxı” isə “Sabah”a 0:1 hesabıyla uduzub. Tura sabah keçiriləcək “Neftçi” – “Qarabağ” matçı ilə yekun vurulacaq.
Misli Premyer Liqası
32-ci tur
1 may
“Qəbələ” – “Səbail”
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Şirmamed Mamedov, Kamranbəy Rəhimov.
Qəbələ şəhər stadionu, 17:30.
“Zirə” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Eyyub İbrahimov, Vüqar Həsənli.
Zirə İdman Kompleksinin stadionu, 20:00.
Rəşad Rafiqoğlu, Bizim.Media