Türk kəşfiyyatı Suriyanın şimal-qərbində İŞİD liderini məhv edib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb.
Onun sözlərinə görə, terrorçu “Əbu Hüseyn əl-Qureyşi” kod adı ilə axtarışda olub.
Qeyd edək ki, sosial şəbəkələrdə terrorçunun gizləndiyi evin fotosu yayılıb.

Bizim.Media