“Neftçi” basketbol klubu baş məşqçi ilə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, mövsüm başa çatan kimi paytaxt klubu iranlı mütəxəssis Omid Muhaved Nejatı istefaya göndərib.
Ötən ilin noyabrında komandanın sükanı arxasına keçən məşqçi komandanı Basketbol Liqasının play-off mərhələsinə çıxara bilməyib. “Ağ-qaralar” çempionatı 6-cı yerdə bitirib.
Rəşad Rafiqoğlu, Bizim.Media