“Qarabağ” Azərbaycan çempionatının 32-ci turunda “Neftçi” ilə oyuna ciddi itki ilə çıxacaq.
Bizim.Media xəbər verir ki, Ağdam klubunun fransalı yarımmüdafiəçisi Adama Diakabi oyunu buraxmalı olacaq. Təcrübəli oyunçu əvvəlki zədəsini hələ də sağaltmayıb.
Əvəzində əlcəzair əsilli Yasin Benziyanın “Neftçi”yə qarşı meydana çıxacağı gözlənilir. Zədəsini sağaldan yarımmüdaifəçi sonuncu dəfə 23-cü turda “Zirə” ilə oyunda meydana çıxıb.
Qeyd edək ki, “Neftçi” – “Qarabağ” matçı mayın 2-də 8-ci kilometr stadionunda keçiriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media