İranın sənaye, mədən və ticarət naziri Seyidrza Fatemi Amin vəzifəsindən uzaqlaşdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı IRNA agentliyi yayıb.
Mənbə yazır ki, İran parlamenti nazirə impiçment elan edib.
Bildirilib ki, məclis üzvlərinin 162-si lehinə, 102-si əleyhinə səs verib, 2 nəfər çəkinib, 6 nəfərin səsi isə etibarsız hesab edilib.
Qeyd edək ki, daha sonra İran Prezidenti İbrahim Rəisi nazirin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı müvafiq sərəncam imzalamalıdır.
Bizim.Media