Orxan Mirzəyev: “Musiqi aləminin daha bir əfsanəsini itirdik”

"Aftandil müəllim birinci dəfə xəstəxanadan çıxıb evə gedəndə bir yerdə idik. Tez-tez evlərinə gedib, sənətkarı ziyarət edirdim. Onunla çox zarafatlaşıb, söhbətlər edirdik. Hər zaman söyləyirdi ki, hər şey yaxşı olacaq, mən sağalacağam".

Bu sözləri qarmon ifaçısı Orxan Mirzəyev Xalq artisti Aftandil İsrafilovla Heydər Əliyev məscidində keçirilən vida mərasimində iştirakı zamanı Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Xalq artisti ilə çox yaxın dost olduğunu dilə gətirən qarmon ifaçısı bildirib ki, ustad ilk dəfə xəstəxanaya yerləşdiriləndə ziyarəti zamanı onunla birlikdə qutab yeyiblər:

"İlk dəfə Aftandil müəllim xəstəxanaya yerləşdiriləndə onu ziyarətə getdim. Hətta orada bir yerdə "Corat qutabı" da yedik. Onunla uzun-uzun söhbətimiz oldu. Ona dedim ki, siz sağalacaqsız və yenidən səhnələrdə olacaqsız. Novruz bayramından bir neçə gün sonra Aftandil müəllimin qəfil səhhəti pisləşdi. O təcili olaraq hospitala yerləşdirildi. Reanimasiyada aparata qoşuldu. Ondan sonra çox təəssüflər olsun ki, Aftandil müəllimi görə bilmədim".

Ustad sənətkarın itkisi ilə barışa bilməyən O.Mirzəyev Xalq artisti ilə xatirələrini bölüşərkən göz yaşlarına boğulub:

"Aftandil müəllim bu sənətdə və həyatda dəstəyindən başqa mənə böyük kimi arxa-dayaq olub. O məndən yaşca böyük olsa da, onunla çox yaxın dost idik. Hər bir uğurumu ilk olaraq onunla bölüşürdüm. Bizim kədərimiz də, xoş günümüz də bir yerdə olub (ağlayır). Nəhəng sənətkar idi. O, Azərbaycan mədəniyyətinə və musiqisinə tarix yazdı. Həmişə deyirdim ki, Aftandil müəllim deyəndə qarmon, qarmon deyəndə isə Aftandil müəllim yada düşür. Allah rəhmət eləsin! Daha bir musiqi aləminin əfsanəsini itirdik".

Qeyd edək ki, uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkən Aftandil İsrafilov ötən gün 82 yaşında dünyasını dəyişib. Qarmon ustadı bir neçə saatdan sonra İkinci Fəxir Xiyabanda dəfn olunacaq.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əcnəbi şəxslə evlənərsiniz? - Paytaxt sakinlərindən MARAQLI CAVABLAR – VİDEO

Əcnəbi şəxslə evlənərsiniz? - Paytaxt sakinlərindən MARAQLI CAVABLAR – VİDEO

Formula-1 Bakı Qran-prisi ABŞ-da rekord izlənmə qazandı

Formula-1 Bakı Qran-prisi ABŞ-da rekord izlənmə qazandı

Prezident və ailə üzvləri Nyu-Yorkda – FOTO

Prezident və ailə üzvləri Nyu-Yorkda – FOTO

“Bunun üçün evini satanlar var” - Xalq artistindən səs-küylü açıqlama

“Bunun üçün evini satanlar var” - Xalq artistindən səs-küylü açıqlama

Maaşlar növbəti ildən artacaq? – Hamının gözlədiyi AÇIQLAMA

Maaşlar növbəti ildən artacaq? – Hamının gözlədiyi AÇIQLAMA

AzTV Adnan Əhmədzadədən süjet hazırladı - Video

AzTV Adnan Əhmədzadədən süjet hazırladı - Video

Messi yenə dubl etdi – VİDEO

Messi yenə dubl etdi – VİDEO

Ceyhun Bayramov Ararat Mirzoyanla Trans-Atlantik şam yeməyində - FOTO

Ceyhun Bayramov Ararat Mirzoyanla Trans-Atlantik şam yeməyində - FOTO

Xaricdə distant oxuyanlara BƏD XƏBƏR – “Güzəşt gözlənilmir”

Xaricdə distant oxuyanlara BƏD XƏBƏR – “Güzəşt gözlənilmir”

Avropa Liqası: “Fənərbağça” uduzdu – DİGƏR NƏTİCƏLƏR

Avropa Liqası: “Fənərbağça” uduzdu – DİGƏR NƏTİCƏLƏR

Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak etdi – FOTO

Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak etdi – FOTO

BİZİM TƏQVİM: 25 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 25 sentyabrda baş vermiş tarixi hadisələr

Bu mövsümün ilk “El-Klasiko”sunun tarixi AÇIQLANDI

Bu mövsümün ilk “El-Klasiko”sunun tarixi AÇIQLANDI

Masallıda doğuş zamanı ölümə səbəb olan həkimə HÖKM OXUNDU

Masallıda doğuş zamanı ölümə səbəb olan həkimə HÖKM OXUNDU

Azərbaycan nümayəndə heyəti “Partner 2025” sərgisində İŞTİRAK EDİR - FOTO

Azərbaycan nümayəndə heyəti “Partner 2025” sərgisində İŞTİRAK EDİR - FOTO

PSJ-dən Fabian Ruis QƏRARI

PSJ-dən Fabian Ruis QƏRARI

Üzümün tumunda GİZLƏNƏN MÖCÜZƏ

Üzümün tumunda GİZLƏNƏN MÖCÜZƏ

Rusiyada iki sərnişin təyyarəsi TOQQUŞDU - FOTO

Rusiyada iki sərnişin təyyarəsi TOQQUŞDU - FOTO

Nəfəsdən ETİRAF: “Boşandıqdan sonra böyük oğlumdan ayrı qaldım” - VİDEO

Nəfəsdən ETİRAF: “Boşandıqdan sonra böyük oğlumdan ayrı qaldım” - VİDEO

Mbappe Zidanı GERİDƏ QOYDU

Mbappe Zidanı GERİDƏ QOYDU

Azərbaycan və Maldiv arasında viza rejimi LƏĞV EDİLDİ - FOTO

Azərbaycan və Maldiv arasında viza rejimi LƏĞV EDİLDİ - FOTO

Pul gözlənilmədən GƏLƏCƏK: Sentyabrın sonuna qədər varlanacaq bürclər

Pul gözlənilmədən GƏLƏCƏK: Sentyabrın sonuna qədər varlanacaq bürclər

İsrail Suriya ilə danışıqlara BAŞLADI

İsrail Suriya ilə danışıqlara BAŞLADI

Ordubadın bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Ordubadın bəzi ərazilərində İŞIQ OLMAYACAQ

End of content

No more pages to load

RADİO