Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenə zəng edib.
Bizim.Media xəbər verir ki, Paşinyan Blinkenə uydurduğu iddiaları ilə bağlı şikayətlənib.
O, Azərbaycan tərəfinin Laçın dəhlizində atdığı addımların Qarabağda guya etnik təmizləmə siyasətinin ardıcıl həyata keçirilməsinə və guya ermənilərin tamamilə ərazidən qovulmasına yönəldiyini iddia edib.
Tərəflər arasında həmçinin Ermənistan-Azərbaycan arasındakı danışıqlar prosesi, o cümlədən Vaşinqtonda keçiriləcək müzakirələr ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media