“Bu gün biz, tibbi yardıma ehtiyacı olan 16 nəfərin Laçın yolu ilə keçərək Ermənistana təxliyə olmasına yardımçı olduq”.
Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi məlumat yayıb.
“2022-ci ilin dekabrından bəri biz, 394 nəfər xəstənin təxliyəsinə və tibb müasisələri üçün dərman ləvazimatının çatdırılmasına dəstək vermişik”, məlumatda deyilir.
Bizim.Media