İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Auditorlar Palatası arasında Əməkdaşlıq Sazişi imzalanıb.
Bu barədə Bizim.Media-ya Dövlət Xidmətindən bildirilib.
Sənədə əsasən, tərəflər auditor xidmətlərinin dövlət satınalmaları zamanı rəqabət prinsiplərinin təşviqi, bu istiqamətdə sahibkarlıq subyektlərinin maarifləndirilməsi məqsədilə birgə tədbirlər həyata keçirəcək, metodiki təlimatlar hazırlayacaq və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq edəcəklər.
Bizim.Media