Milli Məclislə TBMM arasında əməkdaşlıq sazişi imzalanıb - FOTO

Türk Dövlətləri Parlament Assambleyasının XII plenar iclasında iştirak etmək üçün Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova, səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopla görüşüb. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən xəbərə görə, Azərbaycan parlament rəhbərini səmimiyyətlə salamlayan Mustafa Şentop, tədbirə hazırlıq və müzakirə olunacaq məsələlərin əhəmiyyəti barədə fikirlərini bölüşüb. 

TBMM sədri qardaş ölkələrimiz arasında münasibətlərin ən yüksək dövrünü yaşadığını qeyd edərək, xalqlarımızın həm çətin, həm də xoş günlərdə hər zaman birlikdə olduğunu söyləyib.

O, bu ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycan dövlətinin və xalqının hər zaman olduğu kimi, yenə də Türkiyənin yanında olduğunu xatırladıb. 

Türkiyənin də həmişə Azərbaycanın haqq işinə dəstək verdiyini bildirən Mustafa Şentop, istər 44 günlük Vətən müharibəsində, istərsə də müharibədən sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən quruculuq və bərpa işlərində Türkiyənin qardaş ölkə olaraq Azərbaycanın yanında olduğunu qeyd edib.

O, bir neçə gün əvvəl Ermənistanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasını kəskin pisləyərək, bunu vandallıq adlandırıb. 
Mustafa Şentop həmçinin, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın-Xankəndi yolunda keçirdikləri dinc aksiyaya dəstəyini ifadə edərək, deyib ki, Ermənistanın Laçın yolundan minaların, hərbi texnikanın və silahların, habelə Azərbaycanın qanunsuz istismar edilmiş faydalı qazıntılarının daşınması üçün istifadə etməsi qətiyyən yolverilməzdir. Laçın yolu yalnız humanitar məqsədlər üçün istifadə olunmalıdır. 

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə TBMM sədrinə təşəkkürünü bildirərək, dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyənin bütün beynəlxalq platformalarda uğurlu əməkdaşlığını qeyd edib.

Spiker vurğulayıb ki, dövlət başçılarımızın şəxsi dostluq münasibətləri Azərbaycan və Türkiyə qardaşlığının, birliyinin və strateji müttəfiqliyinin bugünkü yüksək səviyyəyə çatmasında mühüm rol oynayır.

Sahibə Qafarova Vətən müharibəsindən sonra dost və qardaş ölkələrimizin dövlət başçıları tərəfindən Şuşa Bəyannaməsinin imzalandığını xatırladaraq, deyib ki, bu sənədin imzalanması ilə bütün dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığının şahidi oldu. Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan əlaqələrini yeni və daha yüksək zirvəyə qaldırdı. 

O, Vətən müharibəsi dövründə TBMM sədrinin Azərbaycana səfər etdiyini, səfər çərçivəsində Gəncə şəhərinə gedərək, Ermənistanın törətdiyi insanlıq əleyhinə cinayətləri öz gözləri ilə gördüyünü xatırladıb. 

Milli Məclisin sədri cari ildə Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycan dövlətinin və xalqının qardaş Türkiyənin yanında olduğunu bildirib və bunu qardaş dəstəyi kimi qiymətləndirib. 

Görüşdə spiker Sahibə Qafarova işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, Ermənistanın regionda davamlı sülhün təmin olunmasına qarşı yönəlmiş təxribatçı hərəkətləri barədə də geniş məlumat verib. 
Milli Məclisin sədri deyib ki, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, parlamentlərimiz arasında da uğurlu və geniş əlaqələr qurulub. Qanunverici orqanlarımız həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir.

O cümlədən, parlamentlərimizin komitələri, dostluq qrupları arasında da müsbət əlaqələr mövcuddur. 

Görüşün sonunda Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında Əməkdaşlıq haqqında Saziş imzalanıb. Spikerlər bu sənədin münasibətlərimizin daha da inkişafına töhfə verəcəyinə əminliklərini ifadə ediblər. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna SEPAH-ı terror təşkilatı kimi TANIDI - VİDEO

Ukrayna SEPAH-ı terror təşkilatı kimi TANIDI - VİDEO

"Əl-Nəsr" Ronaldosuz liderliyə YÜKSƏLDİ

"Əl-Nəsr" Ronaldosuz liderliyə YÜKSƏLDİ

Alena Əliyeva “Kaşalata” kafedə - FOTO

Alena Əliyeva “Kaşalata” kafedə - FOTO

"Rusiya ilə bağlı qadağanı ləğv etməyə borcluyuq" - FİFA prezidenti

"Rusiya ilə bağlı qadağanı ləğv etməyə borcluyuq" - FİFA prezidenti

Ərdoğan: “Suriyada sülh prosesini pozmağa çalışanlar cəzalandırılacaq” - VİDEO

Ərdoğan: “Suriyada sülh prosesini pozmağa çalışanlar cəzalandırılacaq” - VİDEO

Səidə Bəkirqızından Akif Nağıya CAVAB: “Beş qardaşdan hansınız Ağdam uğrunda döyüşmüsüz” - VİDEO

Səidə Bəkirqızından Akif Nağıya CAVAB: “Beş qardaşdan hansınız Ağdam uğrunda döyüşmüsüz” - VİDEO

Polkovnikin yaşadığı evdən meyiti TAPILDI

Polkovnikin yaşadığı evdən meyiti TAPILDI

Leyla Əliyeva yeni şeirini təqdim etdi - FOTO

Leyla Əliyeva yeni şeirini təqdim etdi - FOTO

“İsrail istənilən ssenariyə hazırdır” - Netanyahu

“İsrail istənilən ssenariyə hazırdır” - Netanyahu

Yuxuda qışqırır və ya gülürsünüzsə BU XƏSTƏLİK riskiniz var

Yuxuda qışqırır və ya gülürsünüzsə BU XƏSTƏLİK riskiniz var

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

Ağır məğlubiyyətdən sonra baş məşqçi klubdan göndərildi

Ağır məğlubiyyətdən sonra baş məşqçi klubdan göndərildi

Atletlər kəndində inklüziv mərkəz yaradılacaq - FOTO

Atletlər kəndində inklüziv mərkəz yaradılacaq - FOTO

“Nə harasa çağırılmışam, nə də ifadə vermişəm” - Süleyman Mikayılov DANIŞDI

“Nə harasa çağırılmışam, nə də ifadə vermişəm” - Süleyman Mikayılov DANIŞDI

Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər

Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər

DÇ-2026-ya görə "Yuventus"un təklifini geri çevirdi

DÇ-2026-ya görə "Yuventus"un təklifini geri çevirdi

Xalq artistinin oğlunun döyülməsinə görə daha 2 nəfər SAXLANILDI

Xalq artistinin oğlunun döyülməsinə görə daha 2 nəfər SAXLANILDI

“Mən də infarkt keçirə bilərdim” - VİDEO

“Mən də infarkt keçirə bilərdim” - VİDEO

İlham Əliyevin Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşü olub - FOTO

İlham Əliyevin Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşü olub - FOTO

Britaniya İranın daxili işlər nazirini “qara siyahı”ya SALDI

Britaniya İranın daxili işlər nazirini “qara siyahı”ya SALDI

Zaur hüquq-mühafizə orqanlarına SƏSLƏNDİ - "TikTok-a nəzarət edilsin" - VİDEO

Zaur hüquq-mühafizə orqanlarına SƏSLƏNDİ - "TikTok-a nəzarət edilsin" - VİDEO

“Marinera” tankerindən azad edilən ukraynalı dənizçilər vətənə qayıtmaqdan İMTİNA ETDİLƏR

“Marinera” tankerindən azad edilən ukraynalı dənizçilər vətənə qayıtmaqdan İMTİNA ETDİLƏR

Bu da “Qarabağ”ın qış transferi - Rəsmi

Bu da “Qarabağ”ın qış transferi - Rəsmi

Tiktoker “Velizar” HƏBS EDİLDİ

Tiktoker “Velizar” HƏBS EDİLDİ

End of content

No more pages to load

RADİO