Xalq artisti Mələkxanım Eyubovanın gəlini Səadət Nəcəfovanın səhhətində ciddi problemlər yaranıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı sənətçinin böyük oğlu Cəfər Nəcəfov sosial şəbəkə hesabında məlumat yayıb.
“Yoldaşımda böyrək çatışmazlığı yaranıb. Həyati təhlükəsi var. Heç bir təcili yardım qəbul etmir”.
Bir neçə saatdan sonra xanəndənin oğlu həyat yoldaşının xəstəxanaya yerləşdirildiyini bildirib:
“Mərkəzi Gömrük Hospitalı qəbul etdi. 2+ qan lazımdır”.
Qeyd edək ki, Cəfər və Səadət cütlüyünün iki qız övladı var.
Rəşad Əliyev, Bizim.Media