Türkiyənin "Trabzonspor" klubu müdafiəçi Bruno Pereslə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Qara Dəniz təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Braziliyalı futbolçunun 2024-cü ilin yayında başa çatmalı olan müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, "Trabzonspor" Bruno Peresi 2021-ci ilin yayında "Roma"dan transfer etmişdi. O, bu mövsüm komandanın heyətində 11 rəsmi matçda meydana çıxıb.
Bizim.Media