“Türkiyə “Akkuyu” Atom Elektrik Stansiyası (AES) nəticəsində dünyada nüvə gücünə sahib ölkələrdən biri olur”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Akkuyu” AES-in açılışı zamanı videokonfrans vasitəsilə çıxışında deyib.
Türkiyə başçısı Rusiyanın ilk vaxtlardan bu məsələdə Türkiyəyə dəstək verdiyini qeyd edib:
"Buna görə həmkarım Vladimir Putinə təşəkkür edirəm. Akkuyu AES Rusiya ilə Türkiyə arasında ən böyük ortaq layihədir".
Bizim.Media