Rusiyada Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi keçirildi - FOTO 

26 aprel tarixində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC-nin təşəbbüsü, “Rusiya Dəmir Yolları” ASC, Rusiya Nəqliyyat Universiteti və Azərbaycanın Rusiyadakı səfirliyinin birgə təşkilatçılığı ilə Kazan Dəmiryol Vağzalının “Çar Qülləsi” salonunda foto-sərgi təşkil olunub. 

Bizim.Media xəbər verir ki, sərgidən öncə Azərbaycan nümayəndə heyəti Yaroslavl Dəmiryol Vağzalında Baykal-Amur magistral xəttinin (BAM) iştirakçılarının xatirəsini əbədiləşdirən lövhəni ziyarət edib. 

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Rusiya nəqliyyat naziri Vitali Savelyev BAM-ın tikintisinə həsr olunmuş “Nəsillərin estafeti” adlı səyahət kuponunu imzalayıblar.

Kupon Rusiya Nəqliyyat Universitetinin tələbə-gənclər dəstələrinin qərargahına və veteran BAM əməkdaşlarına təqdim olunub. 

Foto-sərgidə Ulu Öndərin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə BAM-ın nəqliyyat kuratoru olaraq layihənin ərsəyə gəlməsində verdiyi önəmli töhfələrlə bağlı fotolar nümayiş etdirilib. 

Açılış mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin peşəkar keyfiyyətləri ilə yanaşı, şəxsi keyfiyyətləri də böyük rol oynayıb: 

“Həqiqətən də, relyefi mürəkkəb, iqlimi sərt bir regionda layihənin uğurla inşa edilməsində məhz Heydər Əliyevin diqqəti, həssaslığı və qayğıkeşliyi ilə güclü komanda ruhu formalaşdı”. 
Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin sözügedən tədbirdə çıxış edərək Heydər Əliyevin yüksək idarəetmə bacarığı sayəsində BAM-da görülmüş işlərlə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. 

“2008-ci ildə BAM-ın Anqoya stansiyasında istifadəyə verilən yeni vağzala Heydər Əliyevin adının verilməsi onun xidmətlərinin böyük minnətdarlıqla yad edilməsinin təzahürüdür”, – İqor Levitin vurğulayıb. 

Daha sonra rəsmilər foto stendlərlə tanış olub və sərgi iştirakçıları ilə fikir mübadiləsi aparıb. 

Tədbirdə Rusiya Nəqliyyat Nazirliyinin yüksək nümayəndə heyəti, “Azərbaycan Dəmir Yolları” QSC, “Rusiya Dəmir Yolları” ASC-nin rəhbərlikləri, Azərbaycanın Rusiyadakı səfirliyinin diplomatları, Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri, Rusiyanın “BAM” İctimai Birliyinin üzvləri, yerli ictimaiyyət və media təmsilçiləri iştirak ediblər. 
Sərgi 30 aprel tarixinə kimi davam edəcək. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Ayrıldıq, o evləndi, mən küçələrə düşdüm”

“Ayrıldıq, o evləndi, mən küçələrə düşdüm”

Lənkəranda ZƏNCİRVARİ QƏZA – Yeddi nəfər yaralandı

Lənkəranda ZƏNCİRVARİ QƏZA – Yeddi nəfər yaralandı

Əhalinin NƏZƏRİNƏ - Bu ərazilərdə qaz olmayacaq

Əhalinin NƏZƏRİNƏ - Bu ərazilərdə qaz olmayacaq

Qadınlar və kişilər ağrını fərqli hiss edir: Elmi səbəblər açıqlandı

Qadınlar və kişilər ağrını fərqli hiss edir: Elmi səbəblər açıqlandı

“Blok imtahanında iştirak etməyi planlaşdırmıram” - 300 bal yığan Aydın

“Blok imtahanında iştirak etməyi planlaşdırmıram” - 300 bal yığan Aydın

Trampdan danışıqların ANONSU – Bu tarixdə baş tutacaq – VİDEO

Trampdan danışıqların ANONSU – Bu tarixdə baş tutacaq – VİDEO

BİZİM TƏQVİM: 18 apreldə baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 18 apreldə baş vermiş tarixi hadisələr

Kartla ödəniş edənlərə PİS XƏBƏR - VİDEO

Kartla ödəniş edənlərə PİS XƏBƏR - VİDEO

Həkimlərdən maraqlı açıqlama: Keçəl kişilər daha enerjili və...

Həkimlərdən maraqlı açıqlama: Keçəl kişilər daha enerjili və...

"Necə unudum səni?"ni hələ belə oxuyan olmamışdı - AUDİO

"Necə unudum səni?"ni hələ belə oxuyan olmamışdı - AUDİO

Ayın 18-də doğulanlar: özünəinam, ambisiya və rifaha aparan yol

Ayın 18-də doğulanlar: özünəinam, ambisiya və rifaha aparan yol

Bu ölkədə ömürlük həbs cəzası 12 yaşdan edildi

Bu ölkədə ömürlük həbs cəzası 12 yaşdan edildi

Azərbaycanda yüksək sürətli provayder BUDUR - REYTİNQ CƏDVƏLİ

Azərbaycanda yüksək sürətli provayder BUDUR - REYTİNQ CƏDVƏLİ

ABŞ-İran danışıqları BU TARİXDƏ keçirilə bilər

ABŞ-İran danışıqları BU TARİXDƏ keçirilə bilər

Zelenskidən Hörmüz boğazının açılmasına REAKSİYA

Zelenskidən Hörmüz boğazının açılmasına REAKSİYA

Makronun Melonini qarşılaması DİQQƏT ÇƏKDİ - VİDEO

Makronun Melonini qarşılaması DİQQƏT ÇƏKDİ - VİDEO

Azərbaycanda alça bağlarında DƏHŞƏTLİ xəstəlik yayıldı - VİDEO

Azərbaycanda alça bağlarında DƏHŞƏTLİ xəstəlik yayıldı - VİDEO

Murad Dadaşovla Bəhram Bağırzadənin rəqsi GÜNDƏM OLDU - VİDEO

Murad Dadaşovla Bəhram Bağırzadənin rəqsi GÜNDƏM OLDU - VİDEO

“O dərman daim yanımızda olmalıdır, 2 aydır verilmir” - VİDEO

“O dərman daim yanımızda olmalıdır, 2 aydır verilmir” - VİDEO

Azərbaycan neftini idxal edən ikinci ÖLKƏ - RƏQƏMLƏR

Azərbaycan neftini idxal edən ikinci ÖLKƏ - RƏQƏMLƏR

Başlıbel qətliamından 33 il ötür

Başlıbel qətliamından 33 il ötür

Maraqlı ARAŞDIRMA: Sizi iş yerindəki stressdən nə xilas edir?

Maraqlı ARAŞDIRMA: Sizi iş yerindəki stressdən nə xilas edir?

Əl Şaraa Ərdoğanla görüşüb bunları müzakirə etdi - FOTO

Əl Şaraa Ərdoğanla görüşüb bunları müzakirə etdi - FOTO

700 milyon qazancla rekord qırdı

700 milyon qazancla rekord qırdı

End of content

No more pages to load

RADİO