"Sabah" legionerlərindən biri ilə yollarını ayırıb.
Bizim.Media-ya klubdan verilən məlumata görə, qarşılıqlı razılıq əsasında Tiemoko Fofananın müqaviləsinə xitam verilib.
Qeyd edək ki, 23 yaşlı hücumçu mövsümün əvvəlində zədəli olduğu üçün bu mövsüm sifariş ərizəsinə daxil edilməmişdi. O, 2021-ci il yanvar ayında Finlandiyanın “İlves” klubundan icarə əsasında “Sabah”a keçmişdi. Sonradan isə Masazır klubu afrikalı forvardın transfer hüquqlarına sahib çıxmışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media