"Zəngəzurda əhali kəskin azalır. 2018-ci ilə qədər bu bölgədə neçə erməni kəndinin fiziki olaraq boşaldığını kimsə hesablayıbmı? Onlarla kənd viran olub, İrəvanda hamı bunu bilir, amma gizlədir".
Bizim.Media xəbər verir ki, bu fikirləri iqtisadi ekspert Akop Köçəryan sosial şəbəkədə yazıb.
O, mövzu ilə bağlı rəsmi statistikanı xatırladıb:
"2017-ci ildə Zəngəzur vilayətinin əhalisi 138,9 min nəfər olub. Son vaxtlar bölgəni beş minə qədər insan tərk edib. Yeri gəlmişkən, onların hamısı öz istəkləri ilə gedir”.
Bizim.Media