Amerika Kino Akademiyasının İncəsənət və Elmlər Mükafatı “Oscar”ın 2024-cü ildə baş tutacağı tarix açıqlayıb.
Bizim.Media xəbər verir ki, Kino Akademiyasının rəsmi “Twitter” hesabında 96-cı mükafatlanma gecəsi 10 mart 2024-cü ildə keçiriləcəyi planlaşdırılır.
Namizədlərin rəsmi elanı yanvarın 23-də, yekun səsvermə isə fevralın 22-dən 27-dək baş tutacaq.
Mötəbər tədbir Los-Ancelesdəki “Dolby Teatrı”nda keçiriləcək və birbaşa ABC kanalının efiri ilə yayımlanacaq.
Rəşad Əliyev, Bizim.Media