Ad günündə yeni klipini təqdim edən Mehin: "Özümə şans arzulayıram" - FOTO/VİDEO

Müğənni və aparıcı Mehin Hümbətova "bir güllə ilə iki dovşan vurub", həm doğum gününü, həm də yeni klipini təqdim edib.

Bizim.Media xəbər verir ki, Mehin uzun müddətdən sonra "şeytanın qıçını sındırıb" sözləri və musiqisi "RZZA" məxsus "Sənə görə yaşadım" adlı yeni mahnısına ekran həyatı verib.

Klipin rejissorluğunu sənətçi Emil "Jaar"a həvalə edib. Ekran işində bir-birindən fərqli, dörd obrazda görüntülənən Mehinin stili üzərində Murad Vəliyev çalışıb.

Paytaxtın dəbdəbəli məkanların birində ətrafında ailə üzvlərini və yaxın dostlarını toplayan Hümbətova klipinin təqdimatından əvvəl Bizim.Media-nın əməkdaşının suallarını cavablandırıb.


Mehin bildirib ki, müğənniliyə qayıtsa da, aparıcılıq fəaliyyətindən uzaqlaşmaq niyyəti yoxdur:

"Ab-hava möhtəşəmdir. Bir balaca həyacan var. Çünki qonaqlarımın qarşısında həm yeni mahnı, həm də bu nəğməyə çəkilmiş yeni klipimi təqdim edəcəyəm. Rəqqaslarla çıxışım olacaq. Burada mahnımı şou ilə təqdim edəcəyəm.

Əminəm ki, hamının ürəyincə olacaq. Müğənnilik fəaliyyətimlə yanaşı aparıcılığım da doğma ATV kanalında davam edir. Orada "7 özəl" verilişinin aparıcısıyam.  Ara-sıra mahnılarımı və kliplərimi təqdim edirəm ki, tamaşaçılar elə bilməsinlər ki, tamamilə çəkilmişəm  kənara. Hərdən mahnılar olacaq".

30 yaşına qədəm qoyan Hümbətova özünə bu doğum günündə bol şans arzuladığını vurğulayıb:

"Bu gün həm də doğum günümdür. 30 yaşımda özüm-özümə bol şans arzulayıram. Əgər şansın varsa, həm xoşbəxt, həm də uğurlu olacaqsan. Şans insanın həyatında çox önəmli bir amildir".

"Doğum gününüzü ilk kim təbrik etdi?" sualına Mehin "Ən birinci anam ilə kiçik bacım təbrik etdi. Öz otağımın qapısını döyüb, içəri daxil oldular, şarlar və şamlarla təbrik etdilər. Böyük bacım Günel də məni Nyu-Yorkdan Bakı saatı ilə gecə 12-ni keçəndən sonra yazıb, təbrik etdi.
Bayaqdan da yazıb, soruşur ki, doğum günü və klip təqdimatın necə keçir?! Cavab yazdım ki, hələ başlamamışıq" cavabını verib.



Bu gecə geyindiyi açıq-saçıq geyiminə görə, istər tamaşaçıların, istərsə də sosial şəbəkə əhlinin tənqid hədəfinə tuş gələcəyinə isə ifaçı fikirlərini belə ifadə edib:

"Əgər insan məşhurluğu qaldıra bilmirsə, gərək şou-biznesə addım atmasın. Əgər qaldıra biləcəksənsə, qəbul etməlisən ki, arxanca da danışacaqlar, geyimlərini də müzakirə edəcəklər, restoranda oturanda kənardan videonu çəkib, sosial şəbəkədə paylaşacaqlar.

Bir sözlə, bu yükün altına girə bilirsənsə, girəcəksən. Girə bilməyəcəksənsə, intriqalar içində, onunla-bununla dalaşım, ona-buna söz deyim kimi məsələlər olmamalıdır. Bu yola addımını atırsansa, gərək öz xarakterini və duruşunu artıq bəlli edəsən. Yoxsa başqa cür mümkün deyil, onda gərək gəlməyəsən bu sənətə".

Müsahibəni yekunlaşdıran Mehin səhnəyə doğru addımlayaraq, rəqqaslarla birlikdə hazırladığı canlı çıxış şousunu gələn qonaqlara nümayiş etdirib. 

Özəl gününün son saatlarında Mehin Hümbətova anası ilə birlikdə səhnəyə çıxıb, tortun üstündəki şamları üfürərək, arzu tutub. Daha sonra isə müğənni qonaqlarla birlikdə "Sənə görə yaşadım" mahnısını oxuyaraq, gecəni sonlandırıb. 

Sözügedən məclisdən özəl görüntüləri təqdim edirik.
 











Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Beşiktaş” böyükhesablı qələbə qazandı - VİDEO

“Beşiktaş” böyükhesablı qələbə qazandı - VİDEO

Əsgərlik məsələsini “hamam suyu” ilə həll edibmiş...

Əsgərlik məsələsini “hamam suyu” ilə həll edibmiş...

Şəkidə piyadanı vuran sürücü hadisə yerindən yayındı

Şəkidə piyadanı vuran sürücü hadisə yerindən yayındı

ABŞ yenidən Əfqanıstana qayıdır – Hədəfdə bu ölkənin nüvə obyektləri VAR – DETALLAR

ABŞ yenidən Əfqanıstana qayıdır – Hədəfdə bu ölkənin nüvə obyektləri VAR – DETALLAR

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Bu gün saat 11:00-dan...

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Bu gün saat 11:00-dan...

Dünyanın ən hündür körpüsü bu ölkədə inşa edilir - FOTO

Dünyanın ən hündür körpüsü bu ölkədə inşa edilir - FOTO

Yasdan sonra sıra toya çatdı: yeni qadağa anonsu – Əhalinin nəzərinə

Yasdan sonra sıra toya çatdı: yeni qadağa anonsu – Əhalinin nəzərinə

Nyu-Yorkda İranla danışıqlar nəticəsiz qaldı

Nyu-Yorkda İranla danışıqlar nəticəsiz qaldı

Ərdoğanın Makronla zarafatı gündəm oldu – VİDEO

Ərdoğanın Makronla zarafatı gündəm oldu – VİDEO

İmişlidə zəhərlənənlərin sayı 59-a çatdı

İmişlidə zəhərlənənlərin sayı 59-a çatdı

Bu şəxslər 20 yaşadək əsgər aparılmır

Bu şəxslər 20 yaşadək əsgər aparılmır

Avstraliyanın Baş naziri: “İran səfirini terrora dəstəyə görə ölkədən qovduq” – VİDEO

Avstraliyanın Baş naziri: “İran səfirini terrora dəstəyə görə ölkədən qovduq” – VİDEO

Neftimizin qiyməti 72 dolları ötdü

Neftimizin qiyməti 72 dolları ötdü

Ucarda oğul anasını döydü

Ucarda oğul anasını döydü

Naxçıvan duzu niyə xarici bazara ÇIXARILMIR? - RƏSMİ AÇIQLAMA

Naxçıvan duzu niyə xarici bazara ÇIXARILMIR? - RƏSMİ AÇIQLAMA

Sarayda avtomobil 57 yaşlı kişini vuraraq öldürdü

Sarayda avtomobil 57 yaşlı kişini vuraraq öldürdü

Azərbaycanda bu şəxslərə pulsuz mənzillər veriləcək

Azərbaycanda bu şəxslərə pulsuz mənzillər veriləcək

Bakıda 10 yaşlı uşağın qarnından batareya və maqnit qırıqları çıxarıldı – FOTO

Bakıda 10 yaşlı uşağın qarnından batareya və maqnit qırıqları çıxarıldı – FOTO

DYP-dən səs siqnalları ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

DYP-dən səs siqnalları ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Ərdoğan bu gün Ağ Evdə Trampla görüşəcək

Ərdoğan bu gün Ağ Evdə Trampla görüşəcək

Toğrul Quluzadə və Murad Əhmədov yeni vəzifəyə TƏYİN EDİLDİ

Toğrul Quluzadə və Murad Əhmədov yeni vəzifəyə TƏYİN EDİLDİ

Dronlar Danimarkaya da gedib çatdı - VİDEO

Dronlar Danimarkaya da gedib çatdı - VİDEO

Yerə kometa yaxınlaşır – XƏBƏRDARLIQ

Yerə kometa yaxınlaşır – XƏBƏRDARLIQ

Şarl Mişel Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətindən DANIŞDI

Şarl Mişel Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətindən DANIŞDI

End of content

No more pages to load

RADİO