Futbol üzrə İran çempionatında 27-ci turun oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu doğma meydanda “Paykan”la qarşılaşıb. “Traktorçular” bu matçdan qələbə ilə ayrılıblar – 1:0. “Traktor” 27 turdan sonra 46 xalla 16 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media