“Hüqo deyir ki, insan bəlkə də dünyaya gəlmədən öncə hansısa öhdəliyi yerinə yetirməyib”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə hesabında paylaşdığı postda yazıb:
Sənətçi insanların həyatda gündəlik qayğılarından və üzləşdiyi problemlərindən söz açıb:
“Yəqin ki, bu səbəbdən həyata gəldiyimiz andan ömrümüzün sonunadək problemsiz bir günümüz olmur. Ya özümüz, ya da yaxınlarımız üçün daim həyəcan keçiririk. Yalnız sevgi bizə xoş dəqiqələr bəxş edə bilir. Bir-birimizə olan sevgini Allah qəlbimizdən alıb bizi mənəvi yoxsulluğa məhkum etməsin”.
Rəşad Əliyev, Bizim.Media