“Şamaxı”nın futbolçusu Cəlal Hüseynov karyerasını Türkiyədə davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, 20 yaşlı yarımmüdadiəçi ilə “Adana Dəmirspor” klubu maraqlanır.
Qardaş ölkənin birinci divizion təmsilçisi mövsümün sonunda futbolçunun transferi ilə bağlı danışıqlara başlayacaq.
Qeyd edək ki, müqavilə ilə “Zirə”yə məxsus Cəlal Hüseynov “Şamaxı”da icarə əsasında çıxış edir.
Rəşad Rafiqoğlu, Bizim.Media