Cümə günü bəzi ölkələrdə “Twitter”in fəaliyyətində nasazlıqlar müşahidə olunur.
Bizim.Media “TASS”a istinadən xəbər verir, bunu “Downdetector” xidmətinin məlumatları sübut edir.
Belə ki, istifadəçilər sayt və proqramla bağlı problemləri bildirirlər.
Böyük Britaniya, Almaniya, Kanada, Hollandiya, ABŞ, Fransa və Yaponiyada tətbiqlə bağlı şikayətlər daha çoxdur. Lakin bir çox başqa ölkələrdə də “Twitter”lə bağlı şikayətlərdə artım müşahidə olunur.
Bizim.Media