Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Ukraynaya bərpa üçün bu il 1,5 milyard avro ayırmağa söz verib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal teleqram kanalında məlumat verib.
O, bu məsələləri AYİB rəhbəri Odil Renaud-Basso ilə müzakirə etdiyini bildirib.
Nazirin sözlərinə görə, bank cari ildə dövlət və özəl sektorun, xüsusən də kiçik və orta biznesin dəstəklənməsinə, yol tikintisinin maliyyələşdirilməsinə, şəhərlər və icmalarla əməkdaşlığa, enerji sektorunun dəstəklənməsinə diqqət ayırmağı planlaşdırır.
Bizim.Media