"Milan" fransalı hücumçu Olivye Jiru ilə müqavilənin müddətini uzadıb.
Bizim.Media xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Fransız hücumçu ilə yeni sözləşmə 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
36 yaşlı forvard bu mövsüm "Milan"in heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 13 qol vurub və 6 qolun ötürməsini verib.
Qeyd edək ki, Jiru 2021-ci ilin iyulundan A seriyası təmsilçisində oynayır.
Bizim.Media