Rusiyanın Moldovadakı səfirliyinin əməkdaşı “persona non qrata” elan edilib.
Bizim.Media xəbər verir ki, bu haqda Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin sözçüsü Filip Kojokaru məlumat verib.
“Rusiyanın Kişinyovdakı səfirliyinin əməkdaşının ölkəmiz ərazisində “persona non qrata” elan edilməsi qərara alındı”, - deyə Kojokaru qeyd edib.
Onun sözlərinə görə, daha iki rus diplomatına hava limanına xüsusi giriş qadağan edilib.
Bizim.Media