Azərbaycan və İsrail arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və perspektiv layihələr barədə müzakirələr aparılıb.
Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında məlumat verib.
Nazir qeyd edib ki, Azərbaycan-İsrail Birgə Komissiyasının İsrail tərəfdən həmsədri, İsrailin xarici işlər naziri Eli Kohen ilə görüşüb.
"Görüşdə ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafını məmnunluqla vurğuladıq", - deyə M.Cabbarov qeyd edib.
Bizim.Media