İlham Əliyev “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını etdi - YENİLƏNİB/FOTO 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib. 

Bizim.Media xəbər verir ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına mərkəzdə yaradılan şərait barədə məlumat verib. 

Bildirilib ki, Salyan şəhərində yaradılan Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə dispetçer idarəetmə sistemi ilə aşağı gərginlikli şəbəkələr tərəfindən elektrik enerjisinin son istehlakçıyadək çatdırılması nəzarətdə saxlanılır.

Eyni zamanda, 110, 35, 10-6 və 0,4 kV-luq şəbəkələrin real vaxt rejimində güc imkanlarının qiymətləndirilməsi, zəruri hallarda digər mənbələrə yönləndirilməsi və rəqəmsal hesabat sisteminin qurulması ilə abonent məmnunluğu təmin olunur. 

Qeyd edilib ki, rayonun elektrik enerjisinə artan tələbatının qarşılanması, habelə fasiləsiz, dayanıqlı və etibarlı enerji təchizatının təmin edilməsi və həmin prosesin daimi nəzarətdə saxlanılması məqsədilə 110/35/10 kV-luq “Qaraqaşlı” və 110/35/6 kV-luq “Şorsulu”, 35/10 kV-luq 12, 35/6 kV-luq 14 və 35/0.4 kV-luq 12 yarımstansiyanın Rəqəmsal İdarəetmə Mərkəzinə inteqrasiya olunması həyata keçirilir. 

Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzini işə salıb. Diqqətə çatdırılıb ki, şəbəkələrin texniki parametrlərinin mütəmadi monitorinq edilməsi, o cümlədən qeyri-balans, texniki itki və ya qəza hallarında elektron xəritədə dərhal problemin yerinin koordinatları müəyyən edilir, SMS-xəbərdarlıq xidməti ilə “199 Çağrı Mərkəzi” və qəza xidmətlərinə məlumat ötürülür.

Bununla da elektrik enerjisinin verilməsində yaranan fasilələrin qısa müddətdə aradan qaldırılması və istehlakçıların məmnunluğu təmin edilir. 

Qeyd edək ki, ümumi qoyuluş gücü 40-50 MVt olan Salyan rayonunun paylayıcı şəbəkələri vasitəsilə 33 min 331 abonentə (31 min 182 əhali, 2 min 149 qeyri-əhali) xidmət göstərilir. 
Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin dispetçer sistemi həm mərkəzləşdirilmiş, həm də müstəqil funksional rejimlərdə istismar imkanına malikdir. 

Diqqətə çatdırılıb ki, gələcəkdə belə Rəqəmsal İdarəetmə mərkəzləri vasitəsilə bərpaolunan enerji mənbələrinin iş rejimlərinin izlənməsi də nəzərdə tutulur. 

*** 13:56

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Mehriban Əliyevadan Neftçala səfərilə bağlı PAYLAŞIM - FOTO/VİDEO









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Lion" yeni hücumçu TRANSFER ETDİ

"Lion" yeni hücumçu TRANSFER ETDİ

Vitamin qəbul edərkən bir daha düşünün: Fayda yoxsa zərər?

Vitamin qəbul edərkən bir daha düşünün: Fayda yoxsa zərər?

Təhlükəsizlik tədbirləri gücləndirilir - Moskva metrosunda mobil telefonlar YOXLANILACAQ

Təhlükəsizlik tədbirləri gücləndirilir - Moskva metrosunda mobil telefonlar YOXLANILACAQ

Rəqsanə Səidə Bəkirqızından ÜZR İSTƏDİ - VİDEO

Rəqsanə Səidə Bəkirqızından ÜZR İSTƏDİ - VİDEO

Xamenei ölkədə baş verən son etirazların təşkilində ABŞ və İsraili İTTİHAM ETDİ

Xamenei ölkədə baş verən son etirazların təşkilində ABŞ və İsraili İTTİHAM ETDİ

Cənazə 2-ci mərtəbədən düşürüləndə pilləkən qırıldı – Zabrat sakinləri təhlükə içində - VİDEO

Cənazə 2-ci mərtəbədən düşürüləndə pilləkən qırıldı – Zabrat sakinləri təhlükə içində - VİDEO

Göyçayda avtomobil işıq dirəklərini aşırdı, 3 kənd işıqsız qaldı - FOTO

Göyçayda avtomobil işıq dirəklərini aşırdı, 3 kənd işıqsız qaldı - FOTO

Lukmanın yeni klubu BİLİNDİ

Lukmanın yeni klubu BİLİNDİ

Naxçıvan Ali Məclisinin komitələrinin sədrləri SEÇİLDİ - FOTO

Naxçıvan Ali Məclisinin komitələrinin sədrləri SEÇİLDİ - FOTO

"Moskva rəsmi Bakı ilə saxlanılmış rusiyalıların azad olunması barədə danışıqlar aparır" - Lavrov

"Moskva rəsmi Bakı ilə saxlanılmış rusiyalıların azad olunması barədə danışıqlar aparır" - Lavrov

“Dostlarım məni zəhərləyib öldürə bilərlər…” - VİDEO

“Dostlarım məni zəhərləyib öldürə bilərlər…” - VİDEO

Almaniya Rusiyanın müdafiə şirkətlərinə qanunsuz ixrac təşkil edən 5 nəfəri SAXLADI

Almaniya Rusiyanın müdafiə şirkətlərinə qanunsuz ixrac təşkil edən 5 nəfəri SAXLADI

Bakıda yeniyetmə qız anasını döydüyü üçün atasını BIÇAQLADI

Bakıda yeniyetmə qız anasını döydüyü üçün atasını BIÇAQLADI

Ucarda beş otaqlı ev yanaraq külə döndü - FOTO

Ucarda beş otaqlı ev yanaraq külə döndü - FOTO

Sabiq "Qalatasaray"lının heykəli ucaldıldı - FOTO

Sabiq "Qalatasaray"lının heykəli ucaldıldı - FOTO

Çox yeyib arıqlamağın yolu tapıldı - ARAŞDIRMA

Çox yeyib arıqlamağın yolu tapıldı - ARAŞDIRMA

Şəmkirdə evdən gənc oğlanın meyiti TAPILDI

Şəmkirdə evdən gənc oğlanın meyiti TAPILDI

Məhkəmə Kərimcanla bağlı QƏRAR VERDİ

Məhkəmə Kərimcanla bağlı QƏRAR VERDİ

Ukrayna SEPAH-ı terror təşkilatı kimi TANIDI - VİDEO

Ukrayna SEPAH-ı terror təşkilatı kimi TANIDI - VİDEO

"Əl-Nəsr" Ronaldosuz liderliyə YÜKSƏLDİ

"Əl-Nəsr" Ronaldosuz liderliyə YÜKSƏLDİ

Alena Əliyeva “Kaşalata” kafedə - FOTO

Alena Əliyeva “Kaşalata” kafedə - FOTO

"Rusiya ilə bağlı qadağanı ləğv etməyə borcluyuq" - FİFA prezidenti

"Rusiya ilə bağlı qadağanı ləğv etməyə borcluyuq" - FİFA prezidenti

Ərdoğan: “Suriyada sülh prosesini pozmağa çalışanlar cəzalandırılacaq” - VİDEO

Ərdoğan: “Suriyada sülh prosesini pozmağa çalışanlar cəzalandırılacaq” - VİDEO

Səidə Bəkirqızından Akif Nağıya sərt CAVAB: “Beş qardaşdan hansınız Ağdam uğrunda döyüşmüsüz” - VİDEO

Səidə Bəkirqızından Akif Nağıya sərt CAVAB: “Beş qardaşdan hansınız Ağdam uğrunda döyüşmüsüz” - VİDEO

End of content

No more pages to load

RADİO