İranın polis qüvvələrinin komandanı Radan məcburi hicab qanunlarına əməl etməkdən imtina edən qadınlarla bağlı plan hazırlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Azad İran” yayıb.
Bildirilib ki, o, televiziyaya müsahibəsində aprelin 15-dən onun tabeliyində olan qüvvələrin ictimai yerlərdə, avtomobillərdə və ticarət obyektlərində patrul xidmətinə başlayacağını bildirib.
Yeni plana əsasən polis qaydanı pozanların ünvanına və telefon nömrəsinə cərimə məktubu göndərəcək.
Bizim.Media